Şirkətimizi sizə təqdim etməkdən böyük məmnunluq duyur və marağınız üçün əvvəlcədən təşəkkürümüzü bildiririk.
KURSUS MMC 2010-cu ildə təsis edilmiş tikinti şirkətidir. Şirkət müştərilərinin tikinti və infrastruktur ehtiyaclarını keyfiyyətli xidmət göstərməklə qarşılamağa yönəlib və həm Azərbaycanda, həm də beynəlxalq səviyyədə fəaliyyət göstərir. Yarandığı gündən yüksək keyfiyyət standartlarını, davamlı inkişafı və peşəkarlığı özünə prioritet seçib.
Şirkət texniki biliyi, təcrübəsi, innovativ həlləri və səmərəli iş prosesləri ilə fərqlənir. Hazırda KURSUS MMC tikinti, təmir, inşaat və dizayn xidmətlərini əhatə edən layihələri yüksək peşəkar səviyyədə həyata keçirir.
Memarlar, mühəndislər və inşaatçılar bir dam altında.
Hər mərhələdə beynəlxalq standartlara uyğunluq.
Öhdəliklərə sadiqlik və şəffaf iş qrafiki.
Gələcək tikinti layihələri və əməkdaşlıq imkanları ilə bağlı bizimlə əlaqə saxlaya bilərsiniz.
Etibarlı partnyorlarımızla birlikdə keyfiyyətli və davamlı nəticələr əldə edirik.
Fəaliyyətimizin keyfiyyətini təsdiqləyən sənədlər və mükafatlar.