Səxavət Böyükbala oğlu Əsədov “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür.
“KURSUS” MMC tərəfindən inşa edilən yaşayış binasının layihə işləri Səxavət Böyükbala oğlu Əsədov tərəfindən yerinə yetirilmişdir. Səxavət Böyükbala oğlu Əsədov Fövqəladə Hallar Nazirliyində mühəndis fəaliyyəti sahəsində səmərəli xidmətinə görə Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin 15 dekabr 2014-cü il tarixli sərəncamı ilə “Əməkdar mühəndis” fəxri adına layiq görülmüşdür. “KURSUS“ Məhdud Məsuliyyətli Cəmiyyəti bu münasibətlə hörmətli Səxavət Əsədovu təbrik edir.