K.Səfərəliyeva küçəsi 22 ünvanında inşa edilən binanın tikinti işləri üzrə 2014-2017 xronikası.
Tarix: 01.04.2017
Xarici kommunikasiya işləri gedir.
Binanın yanğın və su hovzəsi tikilir.
Yaşayış binasında demək olar ki işlər yekunlaşıb.
Binada sakinlər təmirə buraxılıb.
Binanın ətrafında abadlıq işləri başlanıb.
Tarix: 30.12.2016
Hazırda “KURSUS“ MMC-nin K.Səfərəliyeva küçəsi 22 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi ilə əlaqədar aparılan işlərin vəziyyəti:
Binada su sayğacları qoyulub.
Elektrik sayğacları qoyulub.
Qaz sayğacları qoyulub.
Binada balkon məhəccərləri qoyulub.
Daxildə tamamlanma işləri qurtarıb.
Podyezdin rənglənməsi qurtarıb.
Xarici kommunikasiya işləri yekunlaşmaq üzrədir.
Tarix: 14.10.2016
Elektrik işləri tam yerinə yetirilib.
Santexnik işləri yerinə yetirilib.
Lift quraşdırılması tamamlanmaq üzrədir.
Havalanma işləri yekunlaşmaq üzrədir.
Yanğın qapılarının qoyulması davam edir.
Tarix: 20.07.2016
Binanın pilləkan qəfəsləri, lift şaxtaları və hollarda elektromontaj işləri başa çatıb.
Binada elektro montaj və santexmontaj işləri başa çatmışdır.
Binanın mansardında hörgü və suvaq işləri qurtarmışdır və ümumiyyətlə binadakı hörgü və suvaq işləri tamamlanmışdır.
Binanın liftlərinin montajı davam edir. Binanın qazlaşma işləri tamamlanmışdır.
Binada və zirzəmidə havalanma işləri davam edir.
Hollarda şpakilyovka işləri tamamlanmışdır.
Binanın pilləkanları və fasadın üzlənməsi işləri davam edir.
Tarix: 01.07.2016
20-ci mərtəbə və mansarda hörgü suvaq işləri qurtarmaq üzrədir.
Damın izolyasiya işləri başlanıb.
Binanın qazlaşma işləri tamamlanmaq üzrədir.
Binanın qaraj hissəsində malyar işləri başlayıb.
Havalanma sistemi başlayıb.
Binanın liftlərinin quraşdırılmasına başlanıb.
Kanalizasiya dirəkləri qurtarmaq üzrədir.
Binanın daxilindəki mərmər işləri qurtarmaq üzrədir.
Pilləkan qəfəsi və hollarda malyar işləri qurtarmaq üzrədir.
Binanın pilləkanları və fasadın üzlənməsi işləri davam edir.
Tarix: 01.06.2016
Binanın liftlərinin quraşdırılmasına hazırlıq işləri gedir. Həmçinin kanalizasiya dirəkləri quraşdırılır.
Binanın pilləkan qəfəsləri, lift şaxtaları və hollarda elektromontaj işləri başa çatıb.
Binanın pəncərələrinin quraşdırılması və fasadın üzlənməsi işləri davam edir.
20-ci mərtəbə və mansarda hörgü suvaq işləri qurtarmaq üzrədir.
Damın izolyasiya işləri başlayıb.
Binanın qazlaşma işləri tamamlanmaq üzrədir.
Binanın qaraj hissəsində malyar işləri başlayıb.
Havalanma sistemi başlayıb.
Pilləkan hissəsində mərmər işləri başa çatmaq üzrədir.
Tarix: 16.03.2016
Binanın liftlərinin quraşdırılmasına hazırlıq işləri gedir. Həmçinin kanalizasiya dirəkləri quraşdırılır.
Binanın pilləkən qəfəsləri, lift şaxtaları və hollarda elektromontaj işləri başa çatmaq üzrədir.
Binanın pəncərələrinin quraşdırılması və fasadın üzlənməsi işləri davam edir.
20-ci mərtəbə və mansarda hörgü suvaq işləri qurtarmaq üzrədir.
Tarix: 19.01.2016
Hal hazırda binada armaturlanma və betonlanma işləri qurtarıb.
Binada fasad işləri gedir. Binanın dam örtüyündə tamamlama işləri gedir.
Tarix: 28.12.2015
22 dekabr binanın mansard örtüyünün betonlanması işi başa çatdı.
Hal hazırda pilləkan qəfəsi və lift şaxtası damın qəliblənmə və armaturlanma işləri aparılır.
Binanın 18-19-cu mərtəbələrində hörgü suvaq işləri aparılır.
Tarix: 23.11.2015
31 oktyabr binanın 19-cu mərtəbəsində betonlanma qurtarıb.
20-ci mərtəbənin qəliblənmə və armaturlanma işi gedir.
14 noyabr 20-ci mərtəbənin betonlanma işi başa çatıb.
Hal hazırda mansardın qəliblənmə və betonlanma işləri gedir.
16-cı mərtəbədə hörgü, suvaq işləri gedir.
2, 3 və 4-cü mərtəbələrdə fasadın üzlənməsi işi gedir.
Tarix: 26.10.2015
Binanın 18-ci mərtəbəsində betonlama işləri başa çatmışdır.
Hal hazırda 19-cu mərtəbədə armaturlanma və qəliblənmə işləri gedir.
Binanın 13-14-15-16 mərtəbələrində hörgü suvaq işləri gedir.
Tarix: 10.10.2015
Binanın 16-cı mərtəbəsinin betonlanma işi qurtarıb.
Binanın 17-ci mərtəbəsində qəliblənmə işləri gedir.
Binanın 17-ci mərtəbəsinin betonlanma işi qurtarıb.
Hal-hazırda binanın 18-ci mərtəbəsində armaturlanma və qəliblənmə işləri gedir.
Binanın 13, 14, 15-ci mərtəbələrində isə hörgü və suvaq işləri gedir.
Tarix: 02.09.2015
Binanın 14-cü mərtəbəsinin betonlanma işi qurtarıb.
Binanın 15-ci mərtəbəsinin armaturlanma və qəliblənmə işləri gedir.
Binanın 15-ci mərtəbəsinin betonlanma işi qurtarıb.
Hal-hazırda 16-cı mərtəbənin armaturlanma işi gedir.
Tarix: 15.08.2015
Binanın 12 və 13-cü mərtəbələrinin betonlanma işi başa çatıb.
Binanın 14-cü mərtəbəsinin armaturlanma və qəlibləmə işi gedir.
Hal-hazırda 7, 8, 9-cu mərtəbələrdə suvaq işləri, 10-cu mərtəbədə isə hörgü işi gedir.
Tarix: 01.08.2015
Binanın 9-10-11-ci mərtəbələrində armaturlanma və betonlanma işləri tam başa çatmışdır. 12-ci mərtəbədə qəlibləmə və armaturlanma işləri yekunlaşmışdır. 13-cü mərtəbənin betonlanma işlərinə start verilməsi üçün hazırlıqlar gedir. Bu işlərlə paralel olaraq binanın içərisində hörgü və suvaq işləri də aparılır.
Hal-hazırda binanın 7-ci, 8-ci və 9-cu mərtəbələrində hörgü və suvaq işləri gedir.
Tarix: 01.07.2015
Yaşayış binasının 8-ci mərtəbəsində sütun və diafraqmaların armaturlanması, qəliblənməsi işləri gedir.
Tarix: 13.04.2015
K.Səfərəliyeva 22 ünvanında inşa edilməkdə olan çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində sütun və diafraqmaların armaturlanması işləri tamamlanmışdır.
Hal-hazırda 6-cı mərtəbənin rigellərinin və örtük setkasının armaturlanması işləri gedir. Mərtəbənin betonlanması üçün tamamlama işləri görülür.
Tarix: 04.03.2015
Yaşayış binasının üçüncü mərtəbəsində betonlanma işləri yekunlaşıb. Hazırda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində isə armaturlanma və qəliblənmə işləri başa çatmaq üzrədir.
Tarix: 12.02.2015
K.Səfərəliyeva 22 ünvanında inşa edilən binanın yaşayış hissəsinin ikinci mərtəbəsində betonlanma işləri yekunlaşıb.
Çoxmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində armaturlanma və qəlibləmə işlərini yekunlaşdıraraq, adı çəkilən mərtəbənin betonlanma işlərinə start verilməsi nəzərdə tutulmuşdur.
Tarix: 26.01.2015
Binanın yaşayış hissəsinin birinci mərtəbəsində betonlanma bitmişdir.
İkinci mərtəbəsində armaturlanma və qəlibləmə və mərtəbənin betonlanması işləri yekunlaşmışdır.
Tarix: 26.12.2014
Binanın qeyri-yaşayışdan ibarət 3 mərtəbəsində betonlanma işləri tam başa çatmışdır.
Marketin 2-ci hissəsində betonlanma işləri yekunlaşmışdır.
Binanın yaşayış hissəsinin 1-ci mərtəbəsində armaturlanma və qəliblənmə işləri aparılır.
Növbəti mərhələdə marketin 2-ci hissəsinin beton qatı ilə örtülməsidir. Betonlanma işlərinin iş həftəsinin sonunda həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Tarix: 25.11.2014
Kursus MMC-nin Bakı şəhəri, K.Səfərəliyeva küçəsi 22 ünvanında inşa etdiyi çoxmərtəbəli yaşayış binasında marketin 1-ci hissəsi beton qatı ilə örtülmüşdür. Marketin 2-ci hissəsində armaturun vurulması işləri və paralel olaraq qəlib işləri başa çatmışdır.
Ofis və yaşayış binasında təməl qoyma işləri yüksək keyfiyyətlə yerinə yetirilmiş və qrafik üzrə göstərilmiş müddətdə müvəffəqiyyətlə başa çatmışdır.
Növbəti mərhələdə binanın bünövrəsi yüksək keyfiyyətli armaturla döşənib və betonlanmışdır. Binadakı dayanacaq hissənin 1-ci mərtəbəsi armaturlanıb və betonlanmışdır.
Hazırda dayanacaq hissənin 2-ci mərtəbəsində armaturlanma və betonlanma işləri yekunlaşmaq üzrədir. Və binanın market hissəsinin 1-ci mərtəbəsinin tikintisinə hazırlıq işləri gedir.
Tarix: 20.10.2014
Ofis və yaşayış binasında 1-ci və 2-ci mərtəbələri qeyri-yaşayış sahəsi, 7-mərtəbənin bir hissəsi açıq terras, 2 səviyyəli zirzəmi mərtəbəsi və yeraltı avtodayanacaq nəzərdə tutulmuşdur.
Hazırda binada aşağıdakı işlər yerinə yetirilmişdir:
Binanın kənarlarında perimetr üzrə 16 və 20 m dərinliyində dəmir beton svaylar vurulmuşdur. Bünövrə calası qazılmış və qrunt sularını kənarlaşdırmaq məqsədi ilə calanın perimetri boyunca drenaj sistemi qurulmuşdur. Bünövrə calası 30 sm qalınlığında yuyulmuş qırmadaşla doldurulub, bərkidilib, üst qata 10 sm qalınlıqda beton məhlul qatı, iki qat hidroizolyasiya qatı və qoruyucu beton qatı verilmişdir.
Təməl qoyma işlərinə başlanılıb.
Tikintidə bütün işlər qabaqcadan tərtib edilmiş iş planına müvafiq olaraq təhvil verilir.