Qarayev Residence Bakının Nizami rayonunda, Kamil Balakişiyev, Nəsimi və Qara Qarayev küçələrinin kəsişməsində, Neftçilər və Qara Qarayev metrostansiyaları arasında yerləşir.
7 hektar ərazidə salınan kompleksdə sakinlərimiz üçün hər şey ən xırda detallara qədər düşünülüb. Rahat və təhlükəsiz yaşam üçün geniş infrastruktur — ticarət mərkəzindən idman obyektlərinə, yaşıllıq zonalarından 24 saatlıq təhlükəsizlik sisteminə qədər — burada bir arada təqdim olunur.